"Son zəng çalındı"

İyunun 14 də məktəddə son zəng tədbiri keçirildi.Tədbirdə Binəqədi rayon İcra nümayəndəsi Əlikram Haqverdiyev və Xocasən Bələdiyyəsinin sədri Anar Abbasov, məktəbin müəllim və şagird kollektivi, valideynlər iştirak etdi. Tədbir Azərbaycan Dövlət Bayrağının mars sədaları altında gətrilməsi ilə başlandı. XI sinif şagirdləri maraqlı təqdimatlarla çıxışlar etdilər.
Sonda məktəbin direktoru Bənövşə Cəfərova çıxış edərək, dövlətimizin bu günki inkişagından söhbət açdı, cənab Prezidentimiz İlham Əliyevə Ulu Öndərimiz Heydər Əliyevin yolunu layiqincə davam etdirilməsi istiqamətində uğurlar arzuladı.
Çıxışı zamanı direktor B.Cəfərova XI sinif şagirdlərinə ən xoş arzularını bildirdi və gələcək yollarında daha böyük nailiyyətlər arzu etdi.