"Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" nə həsr olunmuş tədbir

  Məktəbin ibtidai sinif müəllimi Əfşan Abdullayenanın təşkilatçılığı ilə 3b sinfində  “Azərbaycan-yurdum mənim” adlı tədbir keçirildi. Tədbir Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuşdu.Şagirdlərin  vətənpərvər ruhda tərbiyə olunması,onların vətənə olan böyük sevgiləri ilk andan hiss olunurdu.

  Tədbir Azərbaycan Xalq Cümhuriyyətinin başlanmasını özündə əks etdirən video-çarxla başlandı.Tədbirin gedişi zamanı şagirdlər maraqlı idman oyunları, şer kompozisiyaları,mahnılar nümayiş etdirdilər.

Tədbirdə məktəbin direktoru Bənövşə Cəfərova , müavinlər və fənn müəllimləri iştirak etdi.

  Sonda direktor B.Cəfərova  ibtidai sinif müəllimi Əfşan Abdullayevaya və şagirdlərə vətənpərvərlik ruhda təqdim olunan tədbirə görə təşəkkürünü bildirdi.Bu cür tədbirlərin tez-tez keçirilməsini arzuladı.

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi