“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı “açıq dərs

Mayın 22-də məktəbin tarix müəllimi Kamran Qədimovun rəhbərliyi ilə 9”A” sinif şagirdləri ilə açıq dərs keçirildi. Dərs “Azərbaycan Xalq Cümhuriyyətinin Şərqdə və Müsəlman dünyasında ilk parlamentli demokratik respublikadır” mövzusuna həsr olunmuşdu. Fəal təlim şəraitinə əsaslanan dərsdə şagirdlər bilik və bacarıqlarını nümayiş etdirdirməklə, Azərbaycan xalqının tarixində ilk Parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti , eyni zamanda ,bütün Şərqdə, o cümlədən türk-islam dünyasında ilk demokratik, hüquqi və dünyəvi dövlət haqqında sərbəst fikirlərini söylədilər.
Dərsdə məktəbin rəhbərliyi iştirak etdi. Təqdim olunan nümunəvi dərsə görə məktəbin direktoru Bənövşə Cəfərova müəllimə öz təşəkkürünü bildirdi.