Ağacəkmə aksiyası keçirildi

Mayın 5-də Ramana qalası ətrafında Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə Bakı şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı və Bakı məktəblərinin rəhbərləri ilə birlikdə ağacəkmə aksiyası keçirildi.Aksiyada minə yaxın Eldar şamı ağacı əkildi. Məktəbin direktoru Bənövşə Cəfərova və müavinlər bu aksiyada fəal iştirak etdilər.