Şahmat yarışı keçirildi

Ulu Öndərimiz Heydər Əliyevin doğum gününun 95 illiyinə həsr olunmuş tədbirlərimiz davam edir.
Mayın 3-də bu münasibətlə məktəbin V-VI sinif şagirdləri arasında şahmat yarışı keçirildi. Yarış məktəbin fiziki tərbiyə müəllimləri Qasımov Baxşəli və Babayeva Gülnarə tərəfindən təşkil olundu.Şagirdlər yarışda fəal iştirak edərək dahi liderimizə sevgi rəmzi olaraq, birincilik göstərməyə çalışırdılar.Yarışın sonunda qaliblər müəyyən olundu.Məktəbin şagirdləri Aslanov Ramai-I yer,Səfiyeva Bikə-II yer,Şahməmmədov Baba-III yer ilə təltif olundular.
Məktəbin direktoru Bənövşə Cəfərova tədbirin təşkilatçılkarına və şagirdlərə öz minnətdarlığını bildirdi.