Müəllimlərlə görüş

Aprelin 17-də məktəbin direktoru Bənövşə Cəfərova, akt zalında müəllim kollektivi ilə görüş təşkil etdi. Görüşdə məqsəd Bakı şəhəri Təhsil İdarəninin müdiri Məhəbbət xanım Vəliyevanın məktəb rəhbərlərinə ünvanladığı məktubun məzmununu kollektivə çatdırmaqdan ibarət oldu.Müzakirənin aparılmasında məqsəd dövlətimizin və cəmiyyətimizin həyatında ən vacib hadisələrdən biri olan seçki prosesinin növbəti təntənəli marafonu -11 aprel 2018-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin seçilməsi ilə bağlı idi.
B.Cəfərova Azərbaycan Respublikası Prezidenti seçkilərinin yüksək səviyyədə təşkil olunmasını, bütün məktəb kollektivinin fəal iştirakını xüsusilə vurğuladı , seçkilərin uğurlu təşkilində əməyi olan şəxslərə Təhsil idarəsi adından öz minnətdarlığını bildirdi. Azad, şəffaf, demokratik şəraitdə keçirilən seçkilərin ölkəmizin gələcək həyatında böyük rolunun olduğunu qeyd etdi.
Çıxışının sonunda direktor məktəb kollektivini seçkilərin müvəffəqiyyətlə başa çatması münasibətilə təbrik etdi,cənab Prezidentimiz İlham Əliyevə Azərbaycan dövlətinin inkişafı yollarında uğurlar arzuladı.