III Məntiq Olimpiadası keçirildi.

Aprelin 14- də məktəbdə Bakı şəhəri üzrə Təhsil idarəsi və “İstək” liseyinin birgə təşkilatçılığı ilə “Lütfi Zadə adına Məktəblilərarası III Məntiq Olimpiadası”- nın ilk turu keçirildi. Olimpiadada V və VI sinif şagirdləri (Azərbaycan və rus bölməsi üzrə) iştirak etdilər. Saat 10:00 – da başlayıb 11:30 – da yekunlaşan olimpiadada şagirdlərin iştirakı təmin edildi.
Olimpiadada məktəbin 21 şagirdi iştirak etdi.