Şagirdlərin uğurlu nəticəsi

Məktəbimizin şagirdləri “İnteraktiv tədris üsullarından istifadə etməklə, ümumi orta təhsil səviyyəsində şagirdlərin fənn bilimləri, riyaziyyat və oxu bacarıqlarının inkişaf etdirilməsi” layihəsi üzrə keçirilən təlim seminarında iştirak edərək, yekun qiymətləndirmədə yüksək bacarıq nümayiş etdirərək, sertifikatla təltif olunmuşlar.
Məktəbin direktoru Bənövşə Cəfərova həmin şagirdlərlə görüşmüş, onları təbrik edərək, daha böyük uğurlar arzu etmişdir.