“Novruz gəlir yaz gəlir”

Martın 12-də məktəbin musiqi müəllimi Nigar Hüseynovanın təşkilatçılığı ilə məktəbin zalında məktəb rəhbərliyinin, valideynlərin, müəllim və şagird kollektivinin iştirakı ilə “Novruz şənliyi” keçirildi.Tədbirdə şagirdlər bahar bayramını tərənnüm edən şeirlər, səhnəciklər, rəqs nümunələri təqdim etdilər.Tədbirdə məktəbin direktoru B.Cəfərova çıxış edərək, tədbir iştirakçılarını təbrik etdi.