“Xocalıya gedən yol”

Fevralın 26-da məktəbin ibtidai sinif şagirdlərinin iştirakı ilə Xocalı soyqırımının iyirmi altıncı ildönümü münasibətilə “Xocalıya gedən yol” adlı tədbir keçirildi. Tədbir Xocalıda şəhid olan soydaşlarımızı yad edərək, bir dəqiqəlik sükutla başlandı. Tədbirdə məktəb rəhbərliyi, valideynlər, müəllim və şagird kollektivi iştirak etdi. Şagirdlərin ifasında şerlər, səhnələr, kiçik təqdimatlar nümayiş olundu.