Məktəblərarası bilik yarışı

Dekabrın 19-da şagirdlərimizin iştirakı ilə 144 nömrəli tam orta məktəbdə 20 Yanvar hadisələrinin 28-ci ildönümünə həsr edilmiş məktəblərarası intellektual bilik yarışı keçirildi. Bilik yarışında 144, 217 və 314 nömrəli məktəblərin 9-cu sinif şagirdlərindən ibarət komandalar dünyagörüşü və fənn biliklərini əhatə edən sualları cavablandırdılar.Sonda qaliblərə diplomlar təqdim edildi, şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalar, şəhidlərimizin xatirəsinə həsr edilmiş şeirlər və vətənpərvərlik ruhunda mahnılar səsləndirdilər.