20 Yanvar - tariximizin qan yaddaşıdır

Dekabrın 19-da məktəbimizdə şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği, kimi 20 Yanvar hadisələrinin 28-ci ildönümünün qeyd edilməsi məqsədilə tədbirlər həyata keçirildi.
Bu gün məktəbin müəllimi Z.Aslanovanın təşkilatçılığı ilə 4c sinif şagirdlərinin təqdimatında ədəbi-bədii kompozisiya təşkil edildi.Burada 20 Yanvar hadisələrini əks etdirən film-slayd və fotostendlər nümayiş etdirildi.Tədbirdə məktəb rəhbərliyi , müəllimlər və Xocasən Bələdiyyəsinin nümayəndəsi iştirak etdi.