Şəhidlər xiyabanı ziyarət edildi

Dekabrın 17-də məktəbin 5 "ə" sinif şagirdləri xalqımızın azadlıq rəmzi sayılan Şəhidlər Xiyabanını ziyarət etdilər. Onlar müəllimlərinin rəhbərliyi ilə şəhidlərin məzarları önünə güllər qoyaraq, sonra 1 dəqiqəlik sükutla vətənin azadlığı və bütövlüyü yolundan canlarından keçmiş şəhidlərimizin ruhunu yad edərək, onlara həsr olunmuş şerlər söylədilər.