“31 dekabr-Həmrəylik günü”dür adlı tədbir

Dekabrın 29-da məktəbimizdə “31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik günü “ münasibətilə tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və valideynlər iştirak etdilər. Tədbir Azərbaycan Dövlət Himninin səslənməsi ilə başlandı və şagirdlərin həmrəylik günü haqqında Azərbaycan, rus və ingilis dillərində ətraflı məlumatları ilə davam etdi.
Tədbidə “İslam həmrəyliyini” əks etdirən müxtəlif xalqların rəqs və mahnılarından ibarət nümunələr təqdim olundu. Şagirdlər səhnələşdirdikləri “Tıq-tıq xanım”, “Can nənə bir nağıl de” adlı nağıllarını tamaşa ilə təqdim etdilər. Tədbirdə Həmrəylik gününə həsr olunmuş təqdimatlar, slaydlar, videoçarxlar nümayiş etdirildi.
Sonda məktəbin tərbiyə işləri üzrə direktor müavini Zərifə Yusifova tədbir iştirakçılarını “31 Dekabr - Dünya Azərbaycanlıların Həmrəylik Günü” münasibəti ilə təbrik etdi və məktəb pedaqoji kollektivin üzvlərinə, valideynlərə və şagirdlərə xoş arzularını bildirdi, uğurlar arzuladı.