“21 sentyabr – Beynəlxalq Sülh günüdür” mövzusunda , “Sülh aylığı” çərçivəsində keçirilən dərslər.

20 sentyabr 2017-ci il tarixdə Binəqədi rayonu 217 saylı tam orta məktəbdə “21 sentyabr Beynəlxalq Sülh günüdür” mövzusunda dərslər keçirildi,təqdimatlar nümayiş edildi.Dərslərlərin keçrilməsində məqsəd şagirdlər arasında sülh ideyalarını yaymaqdan ibarət oldu.Məktəbin tarix müəllimi Zaur Qarayev, informatika müəllimləri Səadət Ədilova və Natiqə Behbudova 9-cu sinif şagirdləri ilə “Sülh aylığı” çərçivəsində təqdimatlar nümayiş etdirdilər.Şagirdlərə məlumatlar verildi, onların fikirləri dinlənildi.Təqdimat zamanı,Sülh sözünün insanların ürəklərində dərin sevinc hisslərinin yarandığını bildirən bir söz olması xüsusilə vurğulandı. Dərsdə tariximizə, əldə etdiyimiz qələbələrə nəzər salındı.Şagirdlər çıxışları zamanı hər yerdə müharibə qızışdıranların niyyətləri ifşa edərək,xalqların əmin - əmanlıq içərisində yaşamasını, dövlətlər arasında mübahisəli məsələlərin danışıq, sülh yolu ilə həll olunmasını arzuladılar.Sonda Sülh, əmim-əmanlıq, qurub yaratmaq,dinclik, sosial iqtisadi və mədəni inkişaf olmaqla, azadlıq, bərabərlik və ədalətlilik rəmzi kimi də dəyərləndirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi