"Bilik günü" tədbiri keçrildi

15 sentyabr 2017 – ci il tarixdə 217 saylı tam orta məktəbdə “Bilik günü “ bayramı keçirildi. Bayram tədbirində valideynlər,şəhid ailələri,Binəqədi rayonu Xocəsən İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi Əlikram Haqverdiyev iştirak etdi. Tədbir Azərbaycan Respublikasının Himninin sədaları altında Dövlət bayrağının gətirilməsi ilə başlandı. Məktəbin direktoru Bənövşə Cəfərova tədbiri açıq elan edərək,tədbir iştirakçılarını salamlayıb, Bilik günü münasibətilə təbrik etdi. B.Ə.Cəfərova ilk dərs saatlarının əzmkarlıq,vətənpərvərlik ruhunda başlayaraq, “Cocuq Mərcanlı –qələbəmizin başlanğıcıdır” mövzusunda olacağını qeyd etdi. Bununla yanaşı direktor məktəbin uğurları haqqında tədbir iştirakçılarına məlumatlar verdi, şagirdlərə başlanan təhsil ilində xoş arzularını bildirdi ,təhsildə uğurlarının davamlı olmasını arzu etdi. Sonra məktəbin birinciləri tədbir iştirakçıları qarşısında maraqlı proqramla çıxış edərək, şerlər söylədilər. Tədbirin sonunda şagirdlər ilk zəng sədaları altında sinif otaqlarına daxil oldular.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi