“ Son zəng - Gələcəyə çağıran zəng ! “

14 iyun 2017-ci il tarixdə şəhid E.Sultanov adına 217 saylı məktəbdə “Son zəng” tədbiri keçirildi.Tədbirdə Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndəsi, məktəbin rəhbərliyi, müəllim və şagird kollektivi, valideynlər iştirak etdi.Tədbir musiqi sədaları altında Azərbaycanın Dövlət Bayrağının gətirilməsi, məktəbin direktoru Bənövşə Cəfərovanın təntənəli surətdə tədbiri açıq elan etməsi ilə başlandı. Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi tədbir iştirakçılarında böyük ruh yüksəkliyi,vətənə məhəbbət hisslərini daha da artırdı.Məktəbin direktoru tədbir iştirakçılarını salamladı, məktəbin uğurlu nəticələr göstərmiş şagirdləri haqqında bəhs edərək, onlara daha böyük uğurlar arzu etdi.Məktəbin onbirinciləri öz çıxışlarında məktəbdən başlayaraq, vətənə,xalqa, dövlətimizə məhəbbət rəmzi olan təqdimatlar nümayiş etdirdilər.Musiqi sədaları altında məzunlar həvəslə rəqs etdilər. Nəhayət ki, hər kəsin səbirsizliklə gözlədiyi son zəngin sədaları eşidildi. Məzunlar sevimli müəllimləri ilə son dərs günü xatirə şəkilləri çəkdirdilər. Son zəng-gələcəyə çağıran zəng olaraq, şagirdləri yeni sabaha səslədi. Bütün şagirdlərə uğurlar arzu edirik!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi