"Tullantıdan incəsənətə"

2016\2017-ci tədris ilinin iyun ayı Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan bütün ümumtəhsil məktəblərində “Tullantıdan incəsənətə” mövzusu ətrafında araşdırma,fəaliyyət və müxtəlif məzmunlu tədbirlərin həyata keçrilməsi planlaşdırılmışdır.Bu məqsədlə məktəbin şagirdləri məktəbin dəhlizində sərgi təşkil etdilər.Onlar hazırladıqları incəsənət nümunələri haqqında digər yoldaşlarına məlumat verdilər.İstifadəyə lazımsız əşyalardan incəsənət nümunələrinin hazırlanması şagirdlər arasında böyük maraq yaratdı.Məktəbin direktoru Bənövşə Cəfərova sərgiyə baxış keçirtdi və sərginin hazırlanmasında zəhməti olan şagirdlərə təşəkkürünü bildirərək uğurlar arzuladı.