“Kompüter əsri olsada, kompüterin əsiri olmayaq ”

2 iyun 2017-ci il tarixdə məktəbin illik fəaliyyət planının 1.4.14-cü bəndinə əsasən “Kompüter əsri olsada, kompüterin əsiri olmayaq ” adlı tədbir keçirildi.Tədbirdə məktəb rəhbərliyi , müəllim və şagirdlər iştirak etdi.Tədbir şagirdlərin hazırladığı video çarxla başlandı.Şagirdlərin maraqla hazırladıqları təqdimatlar və səhnəciklər nümayiş olundu.Şagirdlər çıxışları zamanı kompüterin zərərli və faydalı tərəflərini açıqladılar, bildirdilər ki, kompüterdən bilik və bacarığımızı artırmaq məqsədilə düzgün istifadə etməliyik.Onun əsiri olmaq,cəmiyyətimiz üçün faydalı ola bilməz.Sonda məktəbin şagirdlərinin ifasında musiqili təqdimat nümayiş olundu."Robotların rəqsi" xüsusilə bəyənildi.Məktəbin direktoru B.Cəfərova tədbiri təşkil etdiklərinə görə təşkilatçılara və şagirdlərə təşəkkürünü bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi