“ Riyaziyyat- ruhun qidasıdır “

17 may 2017-ci il tarixdə 217 saylı məktəbin 6f sinif şagirdləri ilə riyaziyyat müəllimi Səadət Ədilovanın rəhbərliyi ilə “Riyaziyyat ruhun qidasıdır “adlı tədbir keçrildi.Tədbirdə məktəbin direktoru, direktor müavinləri , fənn müəllimləri və şagirdlər iştirak etdilər.Tədbir “Fənlərin söhbəti” adlı səhnəciklə başlayaraq, “Rəqəmlərin mübahisəsi”, “Əməl işarələri”, “Azərbaycanın məşhur riyaziyyatçıları” adlı şagirdlərin hazırladıqları təqdimatlarla davam etdirildi. Tədbirdə “Tusi” və “Əl-Xarəzmi” qruplarının yarışması keçrildi, qalib qrup “Fəxri fərman” la təltif olundu.Tədbirin sonunda şagirdlərinin iştirakı ilə milli rəqslərimiz və musiqilərimiz təqdim olundu. Tədbirdə yekun söz məktəbin direktoru B.Cəfərovaya verildi. Bənövşə xanım tədbirin təşkilatçılarına və iştirakçılarına uğurlar arzulayaraq , bu cür tədbirlərin məktəbdə davamlı və başqa fənlərlə də təşkil olunmasını vurğuladı.