“9 may- Qələbə günü”- şagird təqdimatında

8 may 2017-ci il tarixdə 217 saylı tam orta məktəbin 9-cu sinif şagirdləri " 9 may Qələbə günü " haqqında dəyirmi masa təşkil etdilər. Tədbirdə şagirdlər kompüterdə hazırladıqları təqdimatları nümayiş etdirdilər.Tədbirdə Azərbaycan xalqının həm ön, həm də arxa cəbhədə etdikləri qəhrəmanlıqlar öz əksini tapmışdı.Şagirdlərin çıxışları onların vətənpərvər, cəsarətli,inamlı olduqlarını əks etdirirdi.