"Zərifə xanım Əliyeva-unudulmaz sima"

28 aprel 2017-ci il tarixdə 217 saylı tam orta məktəbdə tarix müəlimi Zaur Qarayevin təqdimatı əsasında Azərbaycan xalqının unudulmaz siması, qayğıkeş ana ,göz xəstəlikləri üzrə əvəzsiz xidmətləri olmuş Zərifə xanım Əliyevanın ad gününə həsr olunmuş dəyirmi masa keçrildi. Tədbirdə məktəb rəhbərliyi , müəllimlər və X-XI sinif şagirdləri iştirak etdilər.Tədbir Zərifə xanım Əliyevanın həyat və yaradıcılığına həsr olunmuş video-çarxla başladı, Zərifə xanım haqqında video-təqdimatlar nümayiş olundu. Tədbirdə çıxış edənlər Zərifə xanımın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətlərindən , yüksək elmi nailiyyətlərindən söz açaraq,onun görkəmli alim, vəfalı ömür- gün yoldaşı və qayğıkeş ana olduğunu xüsusilə vurğuladılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi