Böyük Summativ Qiymətləndirmələr keçirildi

Bu gün məktəbin V, IX siniflərdə Azərbaycan dili, riyaziyyat və ingilis dili fənləri, IV sinidlərdə isə Azərbaycan dili, musiqi fənləri üzrə BSQ-1 uğurla keçirildi. Şagirdlər hər üç fəndən öz bilik və bacarıqlarını nümayiş etdirmək üçün diqqət və məsuliyyətlə çalışdılar. İmtahan prosesi zamanı siniflərdə tam nizam-intizam və sükut təmin edilərək şagirdlərə rahat bir mühit yaradıldı.
Bu prosesin yüksək səviyyədə təşkilində əməyi olan bütün müəllimlərimizə xüsusi təşəkkürümüzü bildiririk. Onların dəstəyi və zəhməti sayəsində imtahan uğurla həyata keçirildi. Şagirdlərimizə isə gələcək qiymətləndirmələrdə daha böyük uğurlar arzulayırıq!