Ulu öndərimiz Heydər Əliyevi hörmətlə yad edirik!

2003-cü il 12 dekabr günü vəfat edən xalqımızın dahi şəxsiyyəti Heydər Əliyev Azərbaycanın ümummilli lideri, dövlətçiliyin banilərindən biri kimi yad edilir. Məktəb rəhbərliyi və pedaqoji heyət tərəfindən Ulu öndərimizə həsr olunmuş tədbir təşkil olundu. Tədbirdə Azərbaycan Respublikası Dövlət Himni səsləndi, dahi şəxsiyyətimiz bir dəqiqəlik sükutla yad edildi. Sonra məktəbin direktoru Əbülfət Əkbərov, tarix müəllimi Gülxanım Hüsiyeva Ümummilli liderin həyat və fəaliyyəti haqqında tədbir iştirakçılarına məlumat verdilər. Şagirdlərin ifasında Ulu Öndərimizə həsr olunmuş şeir, musiqi nömrələri nümayiş olundu. Heydər Əliyevin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi