Qalib layihənin açılış mərasimi baş tutdu

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VIII Qrant Müsabiqəsində fərdi kateqoriya üzrə qalib gəlmiş məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini İbrahimova Aynur Mahir qızının “Skautinq şagirdlərin həyat tərzi kimi” layihəsinin 07 noyabr 2024-cü il tarixində açılış tədbiri baş tutdu.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başladı. Daha sonra tədbir iştirakçıları bir dəqiqəlik sükutla Vətən uğrunda canından keçən şəhid oğul və qızlarımızın əziz xatirəsini yad etdilər. Aparıcı Samirə Əliyevanın təqdimatı ilə skautinq haqqında tədbir iştirakçılarına məlumat verildi. Daha sonra çıxış üçün söz layihə rəhbəri İbrahimova Aynur Mahir qızına verildi. Layihə rəhbəri layihənin ideyası, məqsədi, vəzifələri, görüləcək işləri, əldə olunacaq nəticələri haqqında təqdimatla çıxış etdi.
Daha sonra söz qonaqlara verildi. İlk öncə çıxış məktəbin direktoru Əbülfət Əkbərova verildi, o layihənin məktəblilər üçün təhsilin inkişafı naminə xeyirli olacağını bildirdi. Gənc müəllimlərimizin bu cür layihələrdə iştirak edərək uğur qazanmasını çox təqdirə layiq hesab etdiyini qeyd etdi.
Sonra Azərbaycan Skautlar Assosiyasiyasının baş katibi Ülvi Məmmədov çıxış etdi. Baş katib skautinqin məktəblilərin həyatında rolundan, bir şəxsiyyət kimi yetişmələrində faydasından, layihənin məktəblilər üçün təhsilin inkişafı naminə xeyirli olacağından danışdı.
Daha sonra ötən tədris ilinin Aprel ayında Aynur İbrahimovanın rəhbərliyi ilə yaradılmış mauqli yaş qruplu “Xunsar” skaut klubunun fəaliyyətini əks etdirən video çarx nümayiş etdirildi.
Müxtəlif ixtisas müəllimlərinin , skaut klubunun üzvü olan skautlarının valideynlərinin də iştirak etdiyi tədbirin bədii hissəsi məktəbin 5 “a” sinif şagirdlərinin ifasında rəqs , 5 “ə” sinif şagirdlərinin ifasında mahnı ilə davam etdi.