"Zəfərin mübarək,Vətən!"

Məktəbdə "8 Noyabr -Zəfər Günü" və "9 Noyabr - Bayraq Günü "-nə həsr olunmuş tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açıq elan edən məktəbin direktoru Əbülfət Əkbərov Şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini iştirakçıların nəzərinə çatdırdı. Sonra isə Zəfərə gedən şərəfli yolun salnaməsindən söhbət açdı. Tədbir zamanı şagirdlərimizin təqdimatında şeir, musiqi nömrələri nümayiş olundu.