Vətən şəhidləri yad edildi

27 Sentyabr-Anım gününə həsr olunmuş tədbir keçirilərək Vətən şəhidləri yad edildi. Təbdirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi, sonra isə qəhrəman şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Məktəbin direktoru Əbülfət Əkbərov qəhrəman oğullarımızın igidliyindən söhbət açdı, şagirdlərə şəhidlərimizin qorxmaz, mərd, vətənpərvər ruhlu olaraq, vətən yolunda şücaətlərindən danışdı. Şagirdlərin təqdimatında şeir, musiqi nömrələri nümayiş edildi.