"Son zəng" tədbiri keçirildi

Bu gün məktəbdə "Son zəng" tədbiri təntənəli şəkildə qeyd olundu. Tədbirdə qonaq qismində Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndəsi, şəhid valideynləri dəvət olunmuşdular. Qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikası Dövlət Himni səsləndi. Məktəbin direktoru Əbülfət Əkbərov, Təlim Tərbiyə işləri üzrə direktor müavini Sevda Alışova, Sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı Zərifə Yusifova, məzunların ibtidai sinif müəllimləri və sinif rəhbərləri çıxış edərək, onlara xoş arzularını bildirdilər. Tədbir məzunların maraqlı çıxışları ilə davam etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi