Ulu Öndərimizi hörmətlə anırıq

Məktəb rəhbərliyinin iştirakı ilə Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş tədbir təşkil olundu. Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi ilə başlandı. Məktəbin direktoru Əbülfət Əkbərov giriş sözü ilə tədbiri açıq elan etdi və dahi liderimiz Heydər Əliyevin xalqımızın azadlığı və suverenliyi yolunda gördüyü işlər haqqında tədbir iştirakçılarına məlumat verdi. Sonra məktəbin tarix müəllimi Gülxanım Hüsiyeva "Heydər Əliyev və Azərbaycan" mövzusunda çıxış etdi. Şagirdlərin təqdimatında şeir, musiqi nömrələri nümayiş olundu.