"Sürətli oxu" üzrə monitorinq keçirildi

İbtidai siniflərdə oxu texnikasının yoxlanılması məqsədilə 24-25 aprel tarixlərində 2-ci və 3-cü siniflərdə təhsil alan şagirdlərin "Sürətli oxu" üzrə monitorinqi təşkil olundu. Monitorinq məktəbin direktoru Əkbərov Əbülfət müəllimin rəhbərliyi ilə təlim-tərbiyə işləri üzrə direktor müavini Aynur İbrahimova tərəfindən aparıldı. Monitorinq zamanı şagirdlər 4 istiqamət üzrə yoxlanıldı: Oxu texnikasında sürətli oxu, düzgün oxu, şüurlu oxu və ifadəli oxu. Əldə olunan məlumatlar emal olunduqdan sonra hədəflər müəyyənləşdiriləcəkdir. Növbəti monitorinqlər ilə müqayisəli təhlil aparılacaqdır. Siniflər üzrə ən yüksək oxu bacarığı göstərmiş şagirdlər diplomlarla təltif olunacaqlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi