Sinif rəhbərləri ilə iclas keçirildi

Məktəb rəhbərliyi tərəfindən sinif rəhbərləri ilə görüş təşkil edildi. Görüş zamanı məktəbin direktoru Əbülfət Əkbərov qarşıda duran bəzi məsələlərə toxunaraq, normal iş ahənginin qurulması, təlim tərbiyə prosesinin mövcud qanunvericiliyin tələblərinə uyğun aparılması, təhsil müəssisəsində təhlükəsizlik mühitinin yaradəlması mövzusunda öz fikirlərini sinif rəhbərlərinin diqqətinə çatdırdı. Təhlükəsizlik tədbirləri ilə bağlı məktəbdə çalışan, bütün işçilər və valideynlərin maarifləndirilməsi, bununla bağlı məsuliyyətin artırılması bir tələb kimi diqqət mərkəzində oldu. Məktəbin Təlim tərbiyə işləri üzrə direktor müavini Sevda Alışova, Sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçı Zərifə Yusifova şagird davranışı, müəllimlərdən ibarət növbətçilik nəzarətinin gücləndirilməsi, risk qrupuna aid olan uşaqlarla görüləcək işlər istiqamətində çıxışlar etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi