Pedaqoji Şuranın növbəti iclası keçirildi

Bu gün məktəb rəhbərliyinin təşkilatçılığı ilə Pedaqoji Şuranın növbəti iclası keçirildi. İclasda Pedaqoji Şuranın 2023/2024 -cü tədris ili üçün iş planında nəzərdə tutulmuş məsələlərlə yanaşı, gündəlikdə duran əsas vəzifələr, I yarımil keçirilmiş monitorinqlər və onların nəticələri, I yarımildə məktəb üzrə ayrı-ayrı siniflərdə keyfiyyət göstəriciləri müzakirə olundu. Bununla yanaşı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov tərəfindən ümumtəhsil məktəblərinə ünvanlanmış məktubda icrası nəzərdə tutulan məsələlər də müzakirə olundu. Tədris ilinin sonu üçün nəticələrin daha çox yüksəldilməsi istiqamətində təkliflər verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi