Kiçik Akademiyanın növbəti araşdırması-"Qarakənd faciəsi"

Məktəbin 9"B" sinif şagirdləri, Kiçik Akademiyanın üzvləri Aytac Nağızadə, Günay Seyidova, Fərid Qocayev Xocavənd rayonu Qarakənd kəndi yaxınlığında, Ağdam rayonu Mərzili kəndi ərazisində düşmən tərəfindən vurulan hərbi helikopter hadisəsini araşdırdılar. Şagirdlərin "Qarakənd faciəsi" mövzusunda araşdırması, vətənə məhəbbət ruhunda təqdimatın bariz nümunəsi idi. Kiçik Akademiyanın məktəb üzrə rəhbəri Səadət Ədilova mövzu ilə bağlı şagirdlərlə söhbət apararaq, təşəkkürünü bildirdi və növbəti mövzuların araşdırılması üçün tövsiyyələr etdi.