Şəhid anası məzunları təbrik etdi

Şəhid ailələrinə diqqət, onları hörmətlə anmaq ümdə vəzifəmiz olmuşdur. Bu gün məzunların son zənginin çalındığı, onlarda sevinc ilə kədərin birgə yaşandığı gündə məktəbin məzunu olmuş şəhid Cavid Paşazadənin adı bir daha hörmətlə yad edildi. Şəhidin anası Sədaqət Paşayeva məktəbə dəvət olundu. Bir vaxtlar Cavidin oxuduğu, müəllimlərindən həm sevinc həm də kədər hissi ilə ayrıldığı doğma məktəbə..Şəhidin anası Sədaqət Paşayeva ona göstərilən diqqətə görə məktəb rəhbərliyinə təşəkkürünü bildirdi və məzunları ürəkdən təbrik edərək, gələcək  təhsillərinin uğurlu, müvəffəq olmasını arzu etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi