Məktəb Həmkarlar Təşkilatına müvəqqəti sədr təyin olundu

Bu gün məktəbdə Həmkarlar Komitəsinin iclası keçirildi. İclasda məktəb rəhbərliyi, müəllimlər və texniki işçilər iştirak edirdi. İclasın keçirilməsində əsas məqsəd Məktəb Həmkarlar Təşkilatının sədri Bədəl Səlimovun yaşının çalışmanın son həddinə çatması ilə əlaqədar idi. Əvvəlcə Bədəl Səlimovun hesabatı dinlənildi. Sonra səsvermə yolu ilə məktəbin fizika-riyaziyyat müəllimi, fizika üzrə fəlsəfə doktoru Zamir Dadaşov müvəqqəti olaraq məktəb Həmkarlar Təşkilatına sədr təyin olundu. Məktəb kollektivi olaraq Zamir müəllimi təbrik edir, ona gələcək işlərində uğurlar arzulayırıq.