"Kiçik Alimlər"-in "Breyn-Rinq" görüşü keçirildi

Bu gün məktəbin müəllimi, Kiçik Akademiyanın rəhbəri Səadət Ədilovanın təşkilatçılığı ilə 8-ci sinif nümayəndələrindən ibarət Kiçik Akademiya fəallarının Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Breyn Rinq" intellektual oyununu təşkil olundu. Bu yarışda Kiçik Akademiyanın 36 fəalı iştirak etdi. Bir-birindən maraqlı təşkil olunmuş suallarda şagirdlər nümunəvi bilik nümayiş etdirdilər. Tədbirdə qiymətləndirmə zamanı məktəbin direktoru Əbülfət Əkbərov, tarix müəllimi Zaur Qarayev və fizika müəllimi Zamir Dadaşov yaxından iştirak etdilər. Şagirdlər dəqiqliklə qiymətləndirildi. Yarış zamanı şagirdləri digər fənn müəllimləri və şagirdlər dəstəklədilər. "Zirvə"komandası I, "Pifaqor" komandası II, "Power" komandası isə III yerə layiq görüldülər. Məktəbin direktoru Əbülfət Əkbərov yarışı yüksək qiymətləndirərək, "kiçik alimlər"ə böyük uğurlar arzuladı və Ulu Öndərimizə olan sonsuz sevgilərinə görə vətənpərvər övladlara təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi