Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir

Bu gün məktəbin 4"E" sinif müəllimi Əsmət Abbasova şagirdlərlə bərabər Ulu Öndərimiz Heydər Əliyevə həsr olunmuş tədbir təşkil etdi. Tədbirdə məktəbin direktoru Əbülfət Əkbərov, direktor müavinləri, müəllimlər və şagirdlər iştirak edirdi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə baş tutdu. Sinif müəllumi Əsmət Abbasova tədbir iştirakçılarını salamlayaraq, tədbir haqqında məlumat verdi. Tədbir zamanı şagirdlərin ifasında Ulu Öndərimiz Heydər Əliyevə həsr olunmuş şeirlər, musiqilər səsləndi, dahi şəxsiyyətin kəlamlarından nümunələr təqdim olundu. Sonda məktəbin direktoru Əbülfət Əkbərov maraqlı tədbir üçün Əsmət Abbasovaya təşəkkürünü bildirdi, şagirdlərin çıxışlarından razı qaldığını və şagirdlərin vətənpərvər ruhda tərbiyə almaqlarından və şagirdlərdə dövlətimizə, Ulu Öndərimizə, cənab Prezidentimizə böyük məhəbbət hiss etdiyindən qürur duyduğunu bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi