Şagirdlər təltif olundu

Bu gün "İdman həftəsi"-nin son nəticəsi olaraq idman sahəsində xüsusilə fərqlənən şagirdlərin təltif olunması keçirildi. Təltif məktəbin direktoru Əbülfət Əkbərov tərəfindən təşkil olundu. Məktəbin fiziki tərbiyə müəllimləri şagirdlərlə görüləcək işləri nizam intizama uyğun, böyük bacarıqla həyara keçirdilər. Direktor Əbülfət Əkbərov şagirdləri təbrik edərək, onlara böyük uğurlar arzuladı. Şagird fəallığına görə məktəbin direktoru fiziki tərbiyə müəllimlərinə təşəkkürünü bildirdi.