Ulu Öndərimiz Heydər Əliyevə həsr olunmuş tədbir keçirildi

2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bu məqsədlə məktəbdə "2023-cü il Heydər Əliyev ilidir" adlı silsilə tədbirlər həyata keçirilir. Məktəbin ibtirai sinif müəllimi Əfşan Abdullayevanın təşkilatçılığı ilə Ulu öndərimiz Heydər Əliyevə həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəbin direktoru Əbülfət Əkbərov, direktor müavinləri, valideynlər və fənn müəllimləri iştirak etdi. Tədbir yüksək şagird fəallığı ilə keçirildi. Tədbir zamanı şagirdlərin ifasında şeir, musiqi nömrələri təqdim olundu. Məktəbin direktoru Əbülfət Əkbərov çıxış edərək, şagirdlərdə Ulu öndər sevgisinə, yüksək səviyyədə hiss olunan vətənpərvərlik hisslərinə və tədbiri təşkil etdiyinə görə Əfşan Abdullayevaya təşəkkür etdi.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi