Xocalı soyqırımını unutmadıq

Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak edirdi. Tədbir faciə zamanı amansızlıqla qətlə yetirilmiş soydaşlarımızın ruhunu bir dəqiqəlik sükutla yad etməklə başlandı. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Tədbirdə məktəbin direktoru Əbülfət Əkbərov çıxış edərək, qanlı faciə haqqında fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdırdı. Tədbir zamanı şagirdlərin musiqi , şeir, səhnələr təqdimatları nümayiş olundu, faciəni özündə əks etdirən "Dolu" filmindən kiçik hissələr izlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi