21 Fevral Beynəlxalq Ana dili günü qeyd olundu

Ana dili günü ilə bağlı məktəbdə nümunəvi dərslər və tədbirlər təşkil olundu. Şagirdlərlə söhbət zamanı dilimizin  hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitə olduğu bir daha vurğulandı. Qeyd olundu ki,hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır.Bu onun mənəvi borcudur. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Şagirdlərin çıxışları zamanı onların vətənə, dilimizə məhəbbəti aydın biruzə verirdi. Azərbaycan övlarları vətənpərvət ruhda böyüyür, ana dilini qoruyur.Şagirdlərimizə məxsus bu kimi xüsusiyyətlər qürurvericidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi