Narkomaniya ilə mübarizə adlı tədbir təşkil olundu

Bu gün məktəb rəhbərliyinin iştirakı ilə Binəqədi rayon Polis İdarəsinin əməkdaşlarının "Narkomaniya ilə mübarizə" adlı profilaktik tədbiri təşkil olundu. Tədbirin keçirilməsində məqsəd gənclərin sağlamlıq məsələlərinə diqqəti artırmaq, bu sahədə yeni təşəbbüslərin formalaşmasına dəstək vermək, o cümlədən gəncələr arasında narkomaniyaya və zorakılığa qarşı mübarizə üzrə birgə əməkdaşlıq imkanları yaratmaqdan ibarət olmuşdur.

Məktəbin direktoru Əbülfət Əkbərov yeniyetmələrin narkomaniyadan qorunması üçün, polis-məktəb əlaqələrinin vacibliyi və ictimaiyyətin birgə fəaliyyətinin səmərəsi ilə bağlı çıxış etdi.

Sonda mövzu əsasında şagirdlərin sualları cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi