"20 Yanvar-tariximizi unutmadıq!"

Bu gün 20 Yanvar-yaddaşımıza qanlı hərflərlə yazılan dəhşətli hadisədən 33 il ötür. Bu məqsədlə məktəbin direktoru Əbülfət Əkbərovun rəhbərliyi ilə tədbir keçirildi. Müstəqilliyə gedən yolda böyük bir çıraq olan 20 Yanvar şəhidləri dərin kədər hissləri ilə yad edildi. Tədbiri giriş sözləri ilə məktəbin direktoru Əbülfət Əkbərov başlayaraq, şəhidlərimizin ruhuna Allahdan rəhmət dilədi, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Tədbir zamanı şagirdlərin təqdimatında şeirlər, musiqilər, kompozisiyalar təqdim olundu. Şəhidlərimizə həsr olunmuş lövhələrdə onların amansızlıqla qətlə yetrilməsi öz əksini tapmışdır. Tədbirdə məktəb rəhbərliyi və müəllimlər çıxış edərək, qanlı tariximizi bir daha şagirdlərin nəzərinə çatdırdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi