31 Dekabr-Həmrəylik günüdür

Bu gün məktəb rəhbərliyinin və pedaqoji  kollektivin iştirakı ilə  31 Dekabr-Dünya  Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə tədbir keçirildi. Tədbir Azərbaycan Respublikası Dövlət Himninin sədaları ilə başlandı. Sonra  vətən yolunda qəhrəmanlıq şücaəti göstərmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə məktəbin direktoru Əbülfət Əkbərov, direktor müavinləri Lətifə Cəlilova və Sevda Alışova çıxış edərək, tədbir iştirakçılarını Həmrəylik günü və yeni il münasibəti ilə təbrik etdilər. Tədbirin hazırlanmasında  məktəbin müəllimi Nigar Hüseynovanın xüsusi əməyi olmuşdur. Şagirdlər maraqlı kompozisiyalarla musiqi nömrələri ilə çıxışlar etdilər. Rəqs nümunələri, həmrəyliyimizi təmsil edən çıxışlar xüsusi maraq doğurdu. Sonda direktor Əbülfət Əliyev tədbir iştirakçılarına bir daha vətənimizin suverenliyi uğrunda həmrəy olmağı, cənab Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında bu həmrəyliyi daima qorumağı arzu etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi