“Zəfər bayramı” tədbiri keçirildi

Bu gün məktəbdə müəllim, şagird və valideynlərin iştirakı ilə “Zəfər bayramı” adlı tədbir təşkil olundu. Tədbiri məktəbin direktor əvəzi Lətifə Cəlilova açıq elan etdi və  canlarını ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda qurban vermiş şəhidlərimizin müqəddəs ruhları bir dəqiqəlik sükutla yad edildi. Daha sonra  L.Cəlilova Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış “Zəfər Günü” barədə şagirdlərə ətraflı məlumat  verərək, bildirdi ki, vətən müharibəsində qəhrəman ordumuz cənab Ali Baş komandan İlham Əliyevin  rəhbərliyi ilə yeni səhifə yazaraq, tariximizdə silinməz izlər buraxdı. Sonra  şagirdlərin təqdimatında musiqi, şeir nümunələri, Zəfər gününü tərənnüm edən video-çarx təqdim olundu. Məktəbin müəllimi Nigar Hüseynovanın təşkilatçılığı ilə musiqili Zəfər bayramı tədbiri şagirdlərin vətənpərvərlik, vətənə məhəbbət ruhunda çıxışları ilə başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi