Məzunların uğurlu nəticələri

Məktəbin 11 “A” sinfini bitirən 22 məzunun 21 nəfəri ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək nəticə göstərərək tələbə adını qazanmışdır.

Məzunlardan 18-i I qrup üzrə, 3-i isə IV qrup üzrə qəbul imtahanlarında iştirak etmişdir. Sinif üzrə üç nəfər 600 baldan yuxarı, qalan şagirdlərin əksəriyyəti 500 baldan yuxarı nəticə göstərərək, Respublikamızın müxtəlif ali məkrəblərinə qəbul olmuşlar.

Məktəbin direktor əvəzi Lətifə Cəlilova şagirdlərin yüksək nəticə göstərməkləri münasibəti ilə bütün pedaqoji kollektivi təbrik edərək, onlara pedaqoji fəaliyyətlərində böyük uğurlar arzulamışdır.

Məktəb-valideyn əlaqəsinin möhkəm olması, şagirdlərlə mütəmadi olaraq məktəbdaxili monitorinqlərin və psixoloji söhbətlərin aparılması öz müsbət nəticələrini göstərmişdir. Şagirdlərimizi və dəyərli valideynləri böyük uğurlar münasibəti ilə təbrik edirik, onların uğurları ilə qürur duyuruq!

600 baldan yuxarı nəticə göstərən şagirdlərimiz:

1. Əliyev Elton- 640,2 bal, BMU İnformasiya texnologiyaları ixtisası (təhsil ingilis dilində)

2. Abdullayeva Simuzər-632 bal, UFAZ Geofizika ixtisası

3. İsgəndərov Ramal-603,7 bal, BMU İnformasiya texnologiyaları ixtisası (təhsil ingilis dilində)

Məktəbin pedaqoji heyəti daha bir uğura da sevinir. Məktəbin 11"B" sinifində təhsil almış 20  şagirddən 19 nəfəri də tələbə adını qazanmışdır. Bu il məktəbin 11 "A", 11"B" sinif şagirdləri yüksək nəticələr göstərərək kollektivin sevincinə səbəb olmuşlar. 

Gələcək yollarınız uğurlu olsun əziz məzunlar!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi