"Son zəng" tədbiri keçirildi

Bu gün məktəbdə “Son zəng" tədbiri keçirildi. Tədbirdə Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndələri, məktəb rəhbərliyi, müəllimlər və şagirdlərlə yanaşı valideynlər də iştirak edirdi. İlk olaraq məktəbin direktor əvəzi Lətifə Cəlilova çıxış edərək bütün tədbir iştirakçılarını  salamladı, şagirdlərin vətənpərvərlik ruhunda yetişdirilməsinin vacibliyini bir daha diqqətə çatdıraraq,  məzunları təbrik etdi, onlara öz tövsiyələrini çatdırdı. Çıxış zamanı L.Cəlilova məzunlara gələcək həyatlarında uğurlar, dövlətimizə layiqli vətəndaşlar olmağı arzuladı. Xüsusən də bildirdi ki,  müstəqil həyata qədəm qoyan hər bir məzun vətəninə layiqli vətəndaş olmağı qarşısına məqsəd qoymalı öz gələcəyini xoşbəxt qurmalıdır. Sonra digər iştirakçılar çıxışlar edərək məzunlara xoş arzularını bildirdilər.Tədbir şagirdlərin təqdimatında maraqlı musiqi və rəqs nümunələri ilə davam etdi.Şagirdlərimizə uğurlar arzu edirik!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi