IX sinif şagirdlərinin valideynləri ilə görüş

Bu gün məktəbin direktor əvəzi Lətifə Cəlilovanın rəhbərliyi ilə məktəbin 9-cu sinif şagirdlərinin valideynləri ilə iclas keçirildi. İclasda valideynlərlə bərabər sinif rəhbərləri də iştirak edirdi. İclasın gündəliyində duran əsas məsələlər şağirdlərin imtahan nəticələrinin aparılmış təhlili, şagirdlərin dərsə davamiyyəti ilə bağlı bəzi fikirləri valideynlərin nəzərinə çatdırmaqdan ibarət idi. Direktor əvəzi Lətifə Cəlilova çıxış edərək, bütün məsələlərə aydınlıq gətirərək valideynlərin nəzərinə çatdırdı. Sonda valideynlərə də söz verildi. İclas iştirakçıları onlarla görüş təşkil etdiyi üçün Lətifə xanım Cəlilovaya təşəkkürlərini bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi