"Təbiəti qoruyaq!"

Bakı şəhəri üzrə Təhsil İdarəsinin 18.04.2022-ci il tarixli əmrinə əsasən “Təbiəti qoruyanlar” adlı layihənin keçirilməsi ilə bağlı tədbirlər təşkil olunur. Bu layihə ümumilikdə “Yaşıl layihə” adlanır və bu layihəyə əsasən məktəbdə müəyyən görüləcək işlər təyin olunur. Bu məqsədlə məktəb həyətinin şagirdlər tərəfindən həmişəyaşıl ağaclarına diqqət göstərilir, ağaclara qulluq edilir, dibi bellənir və sulanır. Bu gün də ənənəmizə uyğun olaraq, məktəbin 9-10-cu sinif şagirdləri məktəbin həyətində yaşıllaşmanı bərpa etmək, ağacalara qulluq göstərmək məqsədilə qeyd olunan işləri yerinə yetirdilər. Bütün bu görülən işlər-məktəb həyətinin gözəlləşməsi, təbiətin rəngarəngliyi şagirdlər üçün böyük marağa səbəb oldu. Məktəbin direktor əvəzi Lətifə Cəlilova təbiətə bu qədər sevgi göstərdikləri üçün şagirdlərə təşəkkür etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi