Narkomaniyaya yox deyək!

Binəqədi rayonu Polis bölməsinin  “Azyaşlılarla iş üzrə şöbəsi”nin əməkdaşlarının iştirakı ilə, məktəbin akt zalında  “Narkomaniyaya yox deyək!” adlı tədbiri keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və məktəbin IX-X sinif şagirdləri iştirak etdi. Tədbirin keçirilməsində məqsəd şagirdləri narkomaniya və psixotrop maddələrin yaratdığı problem və fəsadlar mövzusunda maarifləndirmək və onlar arasında sağlam həyat tərzini təbliğ etmək olmuşdur.Tədbirdə çıxış edənlər dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün təhlükələrdən, eləcə də narkotik vasitələrə yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışdılar. Qeyd olundu ki, narkotik vasitələrdən istifadə edən hər bir şəxs uğurlu gələcəyindən imtina etməklə, cəmiyyətdə həmişə geridə qalır və aludəçiliyin, zərərli təsirlərin fəsadlarından qurtula bilmir. Gəncləri daha düzgün və uğurlu yola yönləndirmək valideynlərdən və əsasən də müəllimlərdən asılıdır. Sonda iştirakçıları maraqlandıran suallar dolğun şəkildə cavablandırıldı.

Məktəbin direktor əvəzi Lətifə Cəlilova tədbirdə iştirak etdikləri üçün polis əməkdaşlarına təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi